Ögey qızına pivə verib təcavüz etdi
14 noyabr 2023 15:44 (UTC +04:00)

Ögey qızına pivə verib təcavüz etdi

Birobicanda 32 yaşlı kişi ögey qızına təcavüz etməkdə şübhəli bilinərək saxlanılıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Yəhudi Muxtar Vilayətinin Birobican şəhərində baş verib. Kişi arvadı gecə növbəsində işə gedəndə mütəmadi olaraq ögey uşaqları evdə qalıb. Bir gün o, 14 yaşlı ögey qızını onunla pivə içməyə dəvət edib. Qız razılaşıb və tez sərxoş olduğu üçün yatmağa gedib.

Ögey atası çarpayıda uzanaraq onun cinsi orqanına toxunanda qız yuxudan ayılıb. Məktəbli qız başına gələnləri anasına danışsa da, o, inanmayıb.

Belə olduqda qız nənəsinin yanına gedərək anasından və onun ərindən şikayət edib. Yaşlı qadın dərhal polisə müraciət edib, onun ögey atası saxlanılıb.

Dindirilmələr zamanı həmin şəxs günahını etiraf edib. Məlum olub ki, o, əvvəllər də bir neçə dəfə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5076
avatar

Oxşar yazılar