Boynunda sıyrıqlar və üzündə hematoma olan 12 yaşlı uşaq Sankt-Peterburq şəhər uşaq xəstəxanasına yerləşdirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 12 yaşlı məktəbli Metallostroy kəndindən tibb müəssisəsinə aparılıb, uşaq özü təcili yardım çağırıb. O, həkimlərə ögey anasının ona hücum etdiyini, qadının onun üzündən dişlədiyini və əlləri ilə boynunu sıxdığını deyib.
Yeniyetmənin boyun nahiyəsində sıyrıq və üzündə hematoma aşkar edilib, oğlan orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.