Ögey oğlanlarını ac saxladı, bir-birilə dalaşdırdı - DƏHŞƏT
20 yanvar 2024 12:53 (UTC +04:00)

Ögey oğlanlarını ac saxladı, bir-birilə dalaşdırdı - DƏHŞƏT

0

Petropavlovsk-Kamçatskidə yerli sakinə qarşı cinayət işi açılıb, kişi iki yeniyetmə ögey oğluna işgəncə verməkdə ittiham olunur.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, 44 yaşlı Petropavlovsk-Kamçatski sakini arvadının uşaqlarına sistemli şəkildə işgəncə verib. Araşdırmaya əsasən, həmin şəxs 9 və 10 yaşlı iki ögey oğlunu səsboğucu tapança, eləcə də qamçı ilə döyüb. Onları yeməkdən məhrum edib, yataqlarında yatmağa qoymayıb, onları bir-biri ilə dalaşmağa və ən kiçik xətalarında eyvanda qalmağa məcbur edib.

Qardaşların nənəsi ailədə baş verənləri polisə bildirib, cinayət işi açılıb, istintaqın gedişi rayon prokurorluğu tərəfindən nəzarətdə saxlanılır. Kişi barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

Uşaqlar ailədən çıxarılaraq sosial müəssisəyə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4689

Oxşar yazılar