Nyu-Yorkda Kolumb Günü ilə bağlı parad:  1 milyon iştirakçı gözlənilirdi, lakin...
12 oktyabr 2021 08:21 (UTC +04:00)

Nyu-Yorkda Kolumb Günü ilə bağlı parad: 1 milyon iştirakçı gözlənilirdi, lakin...

0

Minlərlə Nyu-York sakini və turist Kolumb Günü ilə əlaqədar keçirilən paradı izləmək üçün Manhettenə toplaşıb. 

APA TASS-a istinadən xəbər verir ki, iştirakçı sayı pandemiya ilə əlaqədar əvvəlki illərə nisbətən daha az olub.

Parad pandemiya başlayandan Nyu-Yorkda keçirilən ən kütləvi tədbirlərdəndir. Lakin tədbirin təşkilatçısı “Columbus” Vətəndaş Vəqfinin ümidləri doğrulmayıb. Vəqf iştirakçı sayının 1 milyon olacağını düşünsə də, paradı izləməyə çox az adam toplanıb.

Qeyd edək ki, Nyu-Yorkda hər il dənizçi-səyyah Kristofer Kolumbun (1451-1506) Amerika materikini kəşf etdiyi tarix - oktyabrın 12-si (1492-ci il) Kolumb Günü kimi qeyd edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1210

Oxşar yazılar