Nişanlısını öldürüb, qayınanasını... - MƏHKƏMƏ
13 yanvar 2021 11:53 (UTC +04:00)

Nişanlısını öldürüb, qayınanasını... - MƏHKƏMƏ

Sumqayıtda nişanlısını öldürüb, qayınanasını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.

Xatırladaq ki, hadisə ötən ilin sentyabr ayında Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Belə ki, Valeh İsgəndərov adlı şəxs 20 yaşlı şəhər sakini Cabbarova Mehriban Aydın qızı və anası 42 yaşlı Cabbarova Xatun Eybatulla qızına bıçaqla çoxsaylı zərbələr endirib.

20 yaşlı Mehriban aldığı xəsarətlərdən ölüb, anası isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

İstintaqla məlum olub ki, Valeh İsgəndərov Mehriban Cabbarovanın nişanlısı olub. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman qız nişanı qaytarmaq istəyib. Bundan qəzəblənən Valeh İsgəndərov bıçağa əl atmalı olub.

İstitaq orqanı tərəfindən Valeh İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4521
avatar

Mehman Nəbiyev

Oxşar yazılar