Bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı onun pulqabısı və telefonunun itməsi barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-ın sorğusuna cavabında qeyd edib ki, qəzadan sonra avtomobildə olan əşyaların bir qismi hadisə yerində olan şəxslərdən biri tərəfindən götürülərək təqdim edilib.
Qəzadan bir gün sonra Nicat Şakirlinin mobil telefonunun itməsi ilə bağlı onun yaxınları DİN-in “102” xidmətinə müraciət ediblər.
Hazırda həmin müraciətlə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.