"Nikosayağı"nın qəzadan sonra telefonları və pulu  oğurlanıb?
15 avqust 2023 13:15 (UTC +04:00)

"Nikosayağı"nın qəzadan sonra telefonları və pulu oğurlanıb?

Gecə saatlarında “Nikosayağı” adı ilə tanınan məşhur bloqer Nicat Şakirlinin paytaxtın Heydər Əliyev prospektində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı onun pulqabısı və telefonları oğurlanıb. 

Lent.az xəbər verir ki, bu barədə aparıcı və bloqer Ramal İsayev öz instaqram hesabında paylaşım edib. 

Paylaşımda deyilir:

“Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar! Bunu edənlər tapılıb, cəzalandırılacaqlar! Şərəfsizliyin bu qədəri də yox!”.

Lent.az-ın əldə etdiyi məlumata görə, Nicat Şakirlinin qəzadan sonra telefonlarının və pul qabısının oğurlanması barədə polisə məlumat daxil olmayıb.

# 4779
avatar

Fidan İlqar

Oxşar yazılar