Müşfiq Lətifov
17 dekabr 2020 15:04 (UTC +04:00)

Müşfiq Lətifov

Nəzarətçi marketdə ödəmə terminalını yardı - FOTO

Bakının Yasamal rayonu, A.Şərifzadə küçəsində marketlərdən birində ödəmə terminalı yarılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs marketə daxil olaraq, terminalı sındırıb və oradan 3500 manat oğurlayıb. Məlumat daxil olan kimi Yasamal rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib.

Araşdırma zamanı məlum olub ki, ödəmə terminalından oğurluğu həmin marketdə nəzarətçi işləyən Oğuz rayon sakini Müşfiq Lətifov törədib. Əməliyyat zamanı həmin şəxs saxlanılıb.

M.Lətifov ifadəsində iş saatı sona çatdıqdan sonra özündə olan açarla marketə daxil olduğunu və ödəmə terminalındakı pulları ələ keçirdiyini bildirib. Oğurlanan  pulların bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

M.Lətifovun barəsində 29-cu Polis Şöbəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Yasamal rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Mehman Nəbiyev

Oxşar yazılar