Qanunsuz ovlanmış balıqlar
13 yanvar 2021 12:13 (UTC +04:00)

Qanunsuz ovlanmış balıqlar

Nərə balığı ovlayan postda tutuldu - FOTO

Xaçmazda qanunsuz olaraq nərə və qızıl balıq ovlayan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan Fərrux Ağayevə məxsus qanunla ovlanması qadağan edilmiş iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növləri, eləcə də ov üçün istifadə olunan balıq torları aşkar edilib. 

F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirilmə zamanı o, balıq məmulatlarının və torların ona məxsus olduğunu etiraf edib. 

Faktla əlaqədar Xaçmaz rayon Polis Şöbəsində istintaq və əməliyyat tədbirləri davam etdirilir.

# 1677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar