Başqırdıstan məhkəməsi 85 yaşlı nənəsini döyərək cəsədini dondurucuya qoymaqda şübhəli bilinən 30 yaşlı Ziançurinski rayon sakinini həbs edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Kişiyə qarşı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (“Qəsdən sağlamlığa ağır zərər vurma”) ilə cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, şübhəli evə sərxoş halda qayıdıb, bundan sonra onunla təqaüdçü arasında münaqişə yaranıb. Mübahisə zamanı kişi zərərçəkmişin başına və bədəninin digər nahiyələrinə bir neçə zərbə vurub və səhəri gün onu həyat əlaməti olmadan tapıb.
Təcavüzkar qorxaraq təqaüdçünün cəsədini ərazidəki dondurucuda gizlədib, inəkləri satıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığı Ufaya gedib.