Nemtsovun qətlinin  çeçen təşkilatçısı   Ukraynada ağır yaralandı
29 mart 2022 23:05 (UTC +04:00)

Nemtsovun qətlinin çeçen təşkilatçısı Ukraynada ağır yaralandı

Mariupolda  səhra komandiri və Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlinin təşkilatçısı Ruslan Geremetev ağır yaralanıb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə şəhəri müdafiə edən “Azov” alayı məlumat yayıb.

“Aydındır ki, hücum zamanı bu boz saqqallı dağlı Rusiya  əsgərlərinin əvvəllər qoyub getdiyi şüşənin üstünə sürüşüb. O, Mariupoldakı hündürmərtəbəli binanın pəncərələrindən açılan bütün atəşləri  öz üzərinə götürüb və daha az təcrübəsi olan döyüşçülərin həyatını xilas edib, . Ümid edirik ki, Geremiev aldığı yaralardan öləcək, ədalət bərpa ediləcək və Nemtsovun qisası da bununla  alınacaq. Halbuki  bunu bütün Rusiya vətənpərvərləri və təhlükəsizlik qüvvələri edə bilməmişdi”, məlumatda bildirilir.

Geremeyev martın 27-də Mariupolda “Kadırovçılar” arasında görünüb. O, “Kadırovçu” batalyonlardan birinə rəhbərlik edir.  Geremeyev rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətli işi üzrə günahkar kimi tanınır.

Çeçenistan rəhbəri Ramzan Kadırov müxalifət lideri Boris Nemtsovun qətli ilə bağlı axtarışda olan “Sever” batalyonunun keçmiş komandir müavini Ruslan Geremeyevin Ukraynada yaralandığını açıqlayıb. Bu barədə Kadırov “Telegram”da yazıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Oxşar yazılar