Neftçalada qadının intiharı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***
11.10.2023
Saat: 17:56
Neftçalada intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər kəndində baş verib. 47 yaşlı Xəlilova Qızqayıd Alı qızı evin həyətindəki metal borudan özünü asıb.
Onun niyə intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.