Neftçalada müəllimə hücum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Lent.az-a məlumat verib. Onun sözlərinə görə, yanvarın 9-da Neftçala rayonu Bankə qəsəbə sakini E.İbrahimova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, günorta saatlarında işlədiyi məktəbdən evə qayıdan zaman bir nəfər naməlum şəxs tərəfindən hücuma məruz qalıb:
"Şikayətçi həmin şəxsin ona xəsarət yetirdiyini və əlində olan çantasını alaraq həmin ərazidən uzaqlaşdığını deyib.
Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir".