Neftçala İcra Hakimiyyətindən qazinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət  -YENİLƏNİB
10 noyabr 2021 00:04 (UTC +04:00)

Neftçala İcra Hakimiyyətindən qazinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət  -YENİLƏNİB

Neftçalada Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi barədə xəbər yayılıb. 
Lent.az-ın xəbərinə görə, hadisə Rayon İcra Hakimiyyəti binasının qarşısında qeydə alınıb.

Məlumata rayon sakini qazi Hüseynov Namid şikayətinə baxılmadığı üçün bu addımı atdığını bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı Neftçala İcra Hakimiyyətinin yaydığı açıqlamada isə qeyd olunub ki, Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Hüseynov Namid Mübariz oğlu 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin iştirakçısıdır. 

Oktyabrın 26-da Rayon İcra Hakimiyyətinin başçısı və aparatının məsul şəxslərinin iştirakı ilə Namid Hüseynov qəbul edilib. Onun yaşadığı fərdi yaşayış evinin dam örtüyünün təmiri, müalicə olunması üçün dərman alınması və borclarının ödənməsi ilə bağlı xahişi yerinə yetirilib. Ona həmçinin maddi kömək göstərilib.

İcra Hakimiyyəti qazinin qollarını kəsməsi barədə məlumatların da əsassız olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Oxşar yazılar