Bakının Sabunçu rayonunda quyuya düşərək ölən azyaşlıların adları məlum olub.
Lent.az xəbər verir ki, onlar 10 yaşlı Ağa Rəhimov və həmyaşıdı Hüseyn Qasımovdur.
Onların hansı şəraitdə quyuya düşdükləri hələlik bilinmir.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Maştağa qəsəbəsindəki təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyudan iki azyaşlının meyitləri tapılıb.