Naxçıvandan İsmayıllıya gələn GƏNC QADININ FACİƏSİ
06 yanvar 2022 18:13 (UTC +04:00)

Naxçıvandan İsmayıllıya gələn GƏNC QADININ FACİƏSİ

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Göyçayın Qaraməryəm kəndi ərazisində yerləşən mal-qaranın qışlaq yatağında qeydə alınıb.

İsmayıllı rayonunun Kürd Eldarbəyli kənd sakini 1992-ci il təvəllüdlü Məmmədov Sahil Rasim oğlu ailə üzvləri ilə birgə özünə məxsus qoyun sürüsünü Göyçay ərazisindəki qışlaq yatağına apararaq oradakı fermada məskunlaşıb. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Məmmədova Minəvvər Şamil qızı yaşadıqları fermada özünü kəndirlə asaraq intihar edib. Üç uşaq anası Minəvvər Məmmədovanın intiharının səbəbi hələlik bilinmir. Meyit müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Onun əvvəlcə böyrək çatışmazlığı səbəbindən öldüyü deyilsə də, araşdırma zamanı qadının intihar etdiyi məlum olub.

Minəvvər Məmmədova Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan İsmayıllıya gəlin gəlib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar