Şərurda minik avtomobili qaz xəttinə çırpılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Şərur rayonunun Dizə kəndində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru zədələnib.
Qəza səbəbindən Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Təhlükəsizlik məqsədilə hadisə baş verən andan etibarən əraziyə qazın verilişi kəsilib. Məlumata görə, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq və təchizat bərpa olunacaq.
Hadisə zamanı xəsarət alan olmayıb.