Naxçıvanda məmur özbaşınalığı ilə bağlı cinayət işi AÇILDI
08 may 2023 17:31 (UTC +04:00)

Naxçıvanda məmur özbaşınalığı ilə bağlı cinayət işi AÇILDI

Babək rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək rayon prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Eldəniz Hümbətov və İntizam Məmmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüquqnun tanınması üçün qanunsuz sənədlər verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar