Yanvarın 14-ü saat 21 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini C.Əliyev idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, nəticədə xəstəxanaya yerləşdirilən hər 2 piyada yanvarın 15-də orada ölüblər.
Faktla bağlı Naxçıvan şəhər Polis İdarəsində araşdırma aparılır.