Naxçıvanda kişi geyimli qadın  evdən 45 min manat oğurladı
18 sentyabr 2025 13:09 (UTC +04:00)

Naxçıvanda kişi geyimli qadın evdən 45 min manat oğurladı

0

Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Mustafayeva Ayşən  müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib. 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1448

Oxşar yazılar