Naxçıvanda  DƏHŞƏTLİ QƏZA:   3 nəfər öldü
17 iyun 2021 12:54 (UTC +04:00)

Naxçıvanda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü

Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 15-də saat 19 radələrində Şərur rayonunun Aşağı Yaycı kəndi ərazisində qeydə alınıb. Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü və 2 sərnişini orada ölüblər.

Faktla bağlı Şərur rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1473
avatar

Mehman Nəbiyev

Oxşar yazılar