Türkiyədə sakinlər narkotaciri cəzalandırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana şəhəri Çukurova qəsəbəsində baş verib. Sakinlər metamfetamin satan və istifadə edən şəxsi əvvəlcə möhkəm döyüblər.
Onlardan biri narkotaciri sürüyərək digər məhəllələrə aparıb. Daha sonra sakinləri onu polisə təhvil veriblər.