Narkobaron və kabel oğrusu saxlanıldı - VİDEO
26 mart 2022 15:07 (UTC +04:00)

Narkobaron və kabel oğrusu saxlanıldı - VİDEO

Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa təqdim ediliblər. 

Onların üzərindən və yaşadıqları evlərdən satış üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. 

Azad İsrafilov və Vaqif Cəfərov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Corat, həmçinin ətraf qəsəbələri rabitə və internetlə təmin edən kabel xətlərini kəsərək oğurlayan əvvəllər məhkum olunmuş Famil Babayev saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda qeyd edilən ərazidən 400 metrə yaxın kabeli oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Famil Babayev sonuncu dəfə kabel xətlərini kəsərək oğurlamaq istəyən zaman saxlanılaraq Polis Bölməsinə gətirilib. 

Faktlarla bağlı saxlanılan hər üç şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. 

Azad İsrafilov, Vaqif Cəfərov və Famil Babayevin ətrafında əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1654

Oxşar yazılar

Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurdu

6 iyul 2025 , 22:44
Ucarda qəza-Xəsarət alanlar var  -FOTO

Ucarda qəza-Xəsarət alanlar var -FOTO

6 iyul 2025 , 18:49
Şərurun kəndlərinə sel gəldi-VİDEO

Şərurun kəndlərinə sel gəldi-VİDEO

6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO

Bulvarda batan qadın belə xilas edildi-VİDEO

6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var   - YENİLƏNİB

Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB

6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

Qazaxda avtomobil aşdı - Şəhid atası öldü

6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı

Laçında yük maşını dərəyə aşdı

6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3

6 iyul 2025 , 08:54