Nardaranda polis bölməsinin yeni binası
24 dekabr 2020 16:58 (UTC +04:00)

Nardaranda polis bölməsinin yeni binası

Nardaranda DİN-in iki yeni binasının açılışı oldu - FOTO

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin Sabunçu rayonunun Nardaran qəsəbəsindəki xidməti binası və Əlahiddə Çevik Polis Alayının yeni korpusu istifadəyə verilib. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik    Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib. Nazir görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıq və tövsiyələrini verib. O qeyd edib ki, daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Yeni inzibati binaların istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Nazir V.Eyvazov DİN-in hərbi qulluqçularına və əməkdaşlarına göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirib və onu əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti göstərilən dövlət qayğısını və yüksək etimadı xalqına, Vətəninə sədaqətli xidməti ilə doğruldacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ramin Hacılının cəzası azaldıldı

Ramin Hacılının cəzası azaldıldı

28 iyun 2024 , 13:00
İrandan Azərbaycana 165 kilo narkotik  keçirmək istədilər

İrandan Azərbaycana 165 kilo narkotik keçirmək istədilər

28 iyun 2024 , 12:38
Bakıda bahalı iti   oğurlayan TUTULDU

Bakıda bahalı iti oğurlayan TUTULDU

28 iyun 2024 , 12:34
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

28 iyun 2024 , 11:30
Azərbaycanda AİLƏ DRAMI:  ayrılığa dözə bilməyən kişi intihar etdi

Azərbaycanda AİLƏ DRAMI: ayrılığa dözə bilməyən kişi intihar etdi

28 iyun 2024 , 11:12
Qobustanda mağaza qəsdən yandırıldı

Qobustanda mağaza qəsdən yandırıldı

28 iyun 2024 , 10:33
Borcu olduğuna görə,  95 nəfər saxlanıldı

Borcu olduğuna görə, 95 nəfər saxlanıldı

28 iyun 2024 , 09:35
Lerik rayonunda güclü zəlzələ  oldu

Lerik rayonunda güclü zəlzələ oldu

28 iyun 2024 , 08:42