"Namiq Bakinski"nin adamı Yaponiyə ilə sərhəddə həbs edildi
20 fevral 2023 12:54 (UTC +04:00)

"Namiq Bakinski"nin adamı Yaponiyə ilə sərhəddə həbs edildi

Rusiyanın Kamçatka diyarında kriminal avtoritet Elşad Quliyev saxlanılıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, "Lotu Quli"nin qardaşı "Namiq Bakinski"nin tapşırıqlarını yerinə yetirirmiş. İlkin araşdırma zamanı məlum olub ki, Elşad Quliyev İrkutsk şəhərində yaşayır. Ötən ilin payızında "Bakinski"dən xüsusi tapşırıq alaraq Kamçatkaya yollanıb.

Dekabr ayında isə "Bakinski"nin adamları Kamçatkaya gələrək kriminal münasibətləri qaydaya salmaq istəyiblər. 

Hazırda Elşad Quliyev istintaq təcridxanasındadır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3994

Oxşar yazılar