Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevməlumat verib.
O, etdiyi səhvi səmimi etiraf edib və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.
Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilib.