Çelyabinsk vilayətinin Aqapovski rayonundan polis işləyən İqor Kosimovun anası və bacısı tabutu açaraq dəfn mərasimini keçirməkdən imtina ediblər.
Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, məlum olub ki, orada əslən Tümendən olan başqa hərbçinin meyiti var.
Aydın olur ki, səhvi aşkar edən Ukraynadakı müharibə iştirakçısının qohumları Tümen sakinləri ilə əlaqə saxlayıb və əvəzetmə barədə məlumat veriblər və şəxsiyyətin müəyyən edilməsi üçün İqor Kosimovun fotosunu polisə göndəriblər.
Aqapovski rayon administrasiyasından bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını aydınlaşdırır.
Bundan əvvəl müharibədən qayıtmayan Volqoqrad sakini Aleksandr Lixaçovun anası bildirib ki, oğlu ondan xəbərsiz, evdən yüzlərlə kilometr aralıda basdırılıb.