Maşallah Manafov
16 iyun 2022 17:25 (UTC +04:00)

Maşallah Manafov

Müharibə iştirakçısı özünü niyə asıb? - İcra nümayəndəsi DANIŞDI

Sabirabadda Vətən müharibəsi iştirakçısının intiharı ilə bağlı təfərrüatlar məlum olub.

Rayonun Cavad kənd icra nümayəndəsi Ceyhun Əliyev Lent.az-a bildirib ki, özünü asan Maşallah Manafov icra başçısının qəbulunda olmayıb:

“Maşallah Manafov bu gün qardaşına məxsus açıq sahədə özünü ağacdan asıb. Onun intihardan əvvəl rayon icra başçısının qəbulunda olması, oradan çıxıb özünü asması barədə yayılan xəbərlər yalandır. Maşallah qəbulda olmayıb. Özüm şəxsən bugünki qəbul prosesində iştirak etmişəm və onu görməmişəm. 2-3 ay əvvəl Maşallah icra başçısının köməyilə rayondakı marketlərdən birində işçilərə nəzarətçi təyin olunub. Bayaq Maşallahın qardaşı ilə də danışdım. Onun niyə özünü öldürməsinin səbəblərini hələ ki, bilmirik.

İcra nümayəndəsi deyib ki, Maşallah Manafov ailəli idi, bir oğlu var.

Qeyd edək ki, bu gün sosial şəbəkə və xəbər portallarında Sabirabad rayon Cavad kənd sakini, Vətən müharibəsi iştirakçısı 36 yaşlı Maşallah Manafovun intihar etməsi barədə xəbərlər yayılıb. Onun rayon icra başçısının qəbulundan sonra pay torpağında özünü ağacdan asdığı iddia olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar