Türkiyədə ötən il baş verən, araşdırmaları 1 il çəkən şok cinayət hadisəsinin üstü açılıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sirli cinayətin açılmasında qatilin telefon yazışmalarının böyük rolu olub.
Hadisə İstanbulun Şişli rayonunda baş verib.
Sancaktepedə meşədə göbələk axtaran bir ailə göbələk əvəzinə əlləri və ayaqları kapron corabla bağlı kişi meyiti tapıb. Araşdırmalar zamanı ölən şəxsin 40 yaşlı Semih Sevim olduğu, sonuncu dəfə 25 yaşlı sevgilisi Seçil Çiftçi ilə görüşdüyü üzə çıxıb.
İstintaq zamanı Seçil Çiftçi Semihi öldürdüyün, atası ilə birlikdə meyiti aparıb meşəyə atdığını etiraf edib.
Müğənni Seçil Semihin ona təcavüz etdiyini, tez-tez zəng vurub hədələdiyini söyləyib.
“Məhkəmə ilə uzaqlaşdırmla bağlı qərar alınmışdı, lakin o israrla zəng edib görüşmək istədiyini dedi, son dəfə qəbul etdim. Danışarkən üzümə sillə vurdu. Boğuşmağa başladıq. Gördüm ki, əlində bıçaq var. Əlimə nə keçdisə, onunla Semihi vurdum. Yıxıldı. Ayağa qalxmaq istəyəndə yenidən stulla, çəkiclə başına vurdum. Divanın üstündə olan kapron corabı boğazına keçirib boğdum. Təxminən 1,5 dəqiqə sıxdıqdan sonra öldüyünü anladım. Eyni corabla meyitin əllərini və ayaqlarını bir yerə bağladım. Hadisədən 40 dəqiqə sonra anamla atam evə gəldi. Onu atamla birlikdə aparıb meşəyə atdım”, -Seçil ilk ifadəsində bildirib.
Lakin son araşdırmalar zamanı məlum olub ki, müğənni özü Semihi rahat buraxmayıb. Tez-tez ondan pul tələb edirmiş. Hətta dəfələrlə başqa kişilərlə olan şəkillərini keçmiş sevgilisinə atıb onu qəzəbləndirirmiş. Semih öldürülməzdən öncə Seçilin ata-anasına zəng vurub qızlarına sahib çıxmalarını, ondan uzaq durmalarılnı tövsiyə edib.
Seçil sevgilisinə yazdığı mesajlardan birində “səni öldürəcəm, cəzamı da çəkəcəm. Sənin başını kəsib, şəklini hər yerdə paylaşacam” mesajını göndərib.
İstintaq zamanı müğənninin cinayəti törədərkən atası ilə əlbir olduğu, Semihi birlikdə öldürdükləri üzə çıxıb. Telefon mesajları vasitəsilə açılan cinayət işindən sonra müğənni Seçil Çiftçiyə “Qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası istənilib.
Hələlik məhkəmə son qərarı verməyib.