Müğənni Dənizin şikayətçi olduğu keçmiş baş həkim  yenidən həbs edildi
25 yanvar 2024 14:05 (UTC +04:00)

Müğənni Dənizin şikayətçi olduğu keçmiş baş həkim yenidən həbs edildi

Dələduzluqda təqsirləndirilən, Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş müğənni Dəniz Əsədovanın vəkilləri təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət verib.

Buna səbəb kimi iş üzrə şahidlərin çoxluğu və təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəyən zərəri ödəməməsi göstərilib.

Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən Rauf İsfəndiyarovun məhkəmə zalında həbs edilməsi ilə bağlı qərar çıxarıb.

Xatırladaq ki, R.İsfəndiyarov Cinayət Məcəlləsinin 178.3.2, 179.2.3, 308.2, 32.4.308.2,  311.3.2, 311.3.3, 313, 32.4.313 və 320.1-ci maddələri ilə təqsirli bilinir.

Dəniz Əsədova bildirir ki, keç baş həkim onu aldadaraq 627 yüz min manat pulunu alıb. O, istintaq müddətində vəsaitin 100 min manatını geri qaytarsa da, digər hissəsini verməyib. 

Cinayət işi üzrə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosisal Müdafiə Fondu və müğənni Dəniz Əsədova zərərçəkmiş şəxs qismində tanınıb.

Onu da qeyd edək ki, R.İsfəndiyarov barəsindəki cinayət işi ilə əlaqədar 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.

O, ötən ilin fevral ayında həbs edilib və 3 ay həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6519
avatar

Oxşar yazılar