Müğənni Dəniz
15 may 2025 13:19 (UTC +04:00)

Müğənni Dəniz

Müğənni Dəniz vəkilin şikayəti əsasında həbs edilib - TƏFƏRRÜAT

Müğənni Dəniz Əsədovanın həbs edilməsinin təfərrüatları məlum olub.

Vəkil Asim Abbasov Lent.az-a açıqlamasında bildirib ki, müğənni D.Əsədova onun şikayəti əsasında həbs edilib.

Xüsusi ittiham qaydasında şikayət edən vəkil Asim Abbasov məhkəməni udub: "Dəniz Əsədova mənim, bir neçə həkim və digər şəxslər barədə sosial şəbəkələrdə yalan məlumat yayıb, bizə böhtan atırdı. Mən də onun barəsində məhkəməyə şikayət etdim.

Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə məhkəmə prosesi keçirildi, şikayətimiz təmin edildi və onun barəsində 7 ay həbs qətimkan tədbiri seçildi, Dəniz Əsədova məhkəmə zalından həbs olundu".

Xatırladaq ki, müğənni D.Əsədova barəsində bu il martin 14-də də məhkəmə hökmü olub. Onun barəsində xüsusi ittiham qaydasında edilən şikayət əsasında hökm çıxarılıb. Məhkəmənin hökmü ilə həmin vaxt D.Əsədovaya 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilmişdi.

***

saat 12:31

Müğənni Dəniz Əsədova həbs edilib.

Lent.az bildirir ki, Binəqədi Rayon Məhkəməsi bu barədə hökm çıxarıb.

D.Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768

Oxşar yazılar