Müğənni azyaşlı qızı ilə 10-cu mərtəbədən  yıxılıb öldü
13 iyun 2023 15:35 (UTC +04:00)

Müğənni azyaşlı qızı ilə 10-cu mərtəbədən yıxılıb öldü

0

Müğənni və “Rosiçi” musiqi qrupunun keçmiş solisti Yelizaveta Kuturova beş yaşlı qızı ilə birlikdə 10-cu mərtəbədən yıxılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Saranskda baş verib. Məlumata görə, əvvəlcə qız, sonra isə 34 yaşlı müğənni pəncərədən düşüb. Kuturova yerindəcə keçinib, uşaq isə reanimasiyaya yerləşdirilib.

Müğənni hadisə ərəfəsində sosial şəbəkədəki hesabını silib. Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3075

Oxşar yazılar