Müəllimdən tələbə qızlara əxlaqsız təklif... - Universitetdən münasibət  - YENİLƏNİB
03 may 2022 15:09 (UTC +04:00)

Müəllimdən tələbə qızlara əxlaqsız təklif... - Universitetdən münasibət - YENİLƏNİB

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova həmin universitetin müəllimi Elşad Rəhimovun tələbə qızlara əxlaqsız təkliflər etməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib.

Bu barədə Lent.az-a danışan Esmira İsmayılova bildirib ki, yayılan video şantaj xarakteri daşıyır:

"Universitetin müəllimi Elşad Rəhimov barəsində yayılan video reallığı əks etdirmir. Bu neçə illər ərzində universitetdə o müəllim haqqında heç bir mənfi rəy söylənilməyib.

Məlum video ötən ilə aiddir və şantaj xarakteri daşıyır. Hüquq-mühafizə orqanları araşdırma aparır. Əgər yayılan məlumatlar öz reallığını qoruyub saxlasa, universitet tərəfindən müəllim barəsində ciddi tədbir görüləcək. Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşıdır, bizdə yarımştat işləyir".

Qeyd edək ki, sözügedən universitet müəllimi Elşad Rəhimov APA-ya açıqlamasında videonun ona qarşı şantaj məqsədilə yayıldığını deyib.

***

12:17

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdı".

Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7809

Oxşar yazılar

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12
DTX-nın saxladığı  icra başçısı  həbs olundu

DTX-nın saxladığı icra başçısı həbs olundu

21 iyun 2025 , 20:05
Hacıqabulda TIR aşdı,  türkmənistanlı sürücü öldü

Hacıqabulda TIR aşdı, türkmənistanlı sürücü öldü

21 iyun 2025 , 19:47
Dünən itkin düşən 9 nəfər  tapıldı

Dünən itkin düşən 9 nəfər tapıldı

21 iyun 2025 , 17:42
Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

Polisi şoka salan TAPINTI - 7 qramı 70 milyon dollardır

21 iyun 2025 , 16:42
Bakıda mikroavtobusla avtobus toqquşdu

Bakıda mikroavtobusla avtobus toqquşdu

21 iyun 2025 , 16:31