Erməni Teleqram kanallarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dövlət sərhədinin Gorus rayonu istiqamətində atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə təxribat məqsədilə yayılan məlumatın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Bildiririlib ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır.