Masallıda bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Ərkivan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ülvi Namiq oğlu Baxşıyev eyni qəsəbədən olan bir şəxslə mübahisə zamanı bıçaqlanıb.
Döş qəfəsindən bıçaq yaraları alan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.