Motosikleti dirəyə çırpan sürücü xəstəxanada öldü
10 yanvar 2021 21:36 (UTC +04:00)

Motosikleti dirəyə çırpan sürücü xəstəxanada öldü

0

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Həsənabad kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlunun idarə etdiyi motosiklet yoldan çıxaraq dirəyə çırpılıb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Kəllə-beyin travmaları alan 30 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb. O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2071

Oxşar yazılar