Ağstafada ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 1-də saat 10 radələrində rayonun Qıraq Kəsəmən kəndi ərazisində baş verib. Rayon sakinləri Ş.Mədədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə F.Məmmədovun idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişin R.Qurbanov orada ölüb.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.