Molla rejimi daha bir güneyli fəalı HƏBS ETDİ
31 avqust 2023 16:51 (UTC +04:00)

Molla rejimi daha bir güneyli fəalı HƏBS ETDİ

Güney azərbaycanlı vətəndaş cəmiyyəti fəalı Əfşin Nəziri sentyabrın 27-də ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) qüvvələri tərəfindən Tehranda həbs olunub. 

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, buna səbəb onun Urmu gölünün ekoloji vəziyyətinə etiraz etməsi olub. Belə ki, etirazlara görə, Əfşin Nəziri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, həbsxanaya aparılıb.

Qeyd edək ki, o, ailəsinin gözü qarşısında döyülərək həbs edilib. Əfşin Nəzirinin ailəsinə onunla görüşə 10 günlük qadağa qoyulması barədə ETTELAAT əməkdaşları tərəfindən məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar