Mobil telefon yeniyetmə qızın ölümünə səbəb oldu
06 dekabr 2021 07:07 (UTC +04:00)

Mobil telefon yeniyetmə qızın ölümünə səbəb oldu

Hadisə Fransanın Lyon şəhərində baş verib.

Lent.az-ın xəbərinə görə, 13 yaşlı yeniyetmə Selestin Lekrua evdə təşkil edilən şənlik vaxtı vanna otağına keçib.  

Məktəbli burada mobil telefonun adapterini şəbəkəyə qoşaraq istifadə edərkən cərəyan vurub. Hadisə yerinə gələn polislər ona ürək masajı etsələr də faydası olmayıb. O, kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb və orada keçinib.

Hadisədən sonra qızın anası bütün valideynlərə müraciət edib: “Qoy bu hadisə telefondan ayrıla bilməyənlər üçün dərs olsun. Vanna orağında mobil telefon istifadə etməyin. Bu çox təhlükəlidir.”
 

# 1734
avatar

Oxşar yazılar