MN-də mənimsəməyə görə tutulan daha bir rəisin məhkəməsi BAŞLAYIR
13 dekabr 2024 11:33 (UTC +04:00)

MN-də mənimsəməyə görə tutulan daha bir rəisin məhkəməsi BAŞLAYIR

Mənimsəməyə görə həbs edilən Müdafiə Nazirliyinin tabeliyindəki müxtəlif hərbi hissələrin maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəməsi başlayır.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 20-nə təyin olunub.

Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

Cəbrayıl Orucova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.

Sabiq maliyyə xidmət rəisi barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə DTX-nin İstintaq baş idarəsi tərəfindən vəsatət və Baş Prokurorluq tərəfindən təqdimat verilib.

Bakı Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2503

Oxşar yazılar

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ:  Kişini arı sancıb öldürdü,  arvadı infarkt keçirdi

Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi

20 iyul 2025 , 18:31