MİQ-29-un  50 milyonluq hissələrini oğurladılar
15 dekabr 2023 17:06 (UTC +04:00)

MİQ-29-un 50 milyonluq hissələrini oğurladılar

Moskvada V.V. Çernişev adına MMP zavodunun işçiləri dəyəri 50 milyon rubl (təxminən 945 min manat) olan MiQ-29 qırıcıları üçün ehtiyat hissələrini oğurlayıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayətkarlar transsərhəd mütəşəkkil cinayətkar qrupun üzvləridir. Bu qrup təyyarə mühərrikləri üçün komponentlərin oğurlanması və başqa dövlətlərin maraqları naminə ixracı ilə məşğul olub. 

Təşkilatçı, həmçinin 9 iştirakçı barəsində cinayət işi başlanıb.

İşi FSB Federal Gömrük Xidmətindəki həmkarları ilə birlikdə araşdırıb.

Müəssisənin 50 milyon rubldan çox dəyəri olan bütün oğurlanmış məhsulları müsadirə olunub.

Moskvanın Tuşinski Məhkəməsi oğruları 17 il müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3354
avatar

Oxşar yazılar