Minik maşını "BakuBus"a  çırpıldı - FOTO
18 yanvar 2022 15:44 (UTC +04:00)

Minik maşını "BakuBus"a çırpıldı - FOTO

Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Lent.az xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl paytaxtın Xətai rayonu "8 Noyabr" prospektində qeydə alınıb. İşıqforun altında minik avtomobili "BakuBus"a məxsus marşrut avtobusuna çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.

Ölən və ya xəsarət alanların olması barədə məlumat yoxdur.

# 1491
avatar

Mehman Nəbiyev

Oxşar yazılar