Mikroavtobusla maşın TOQQUŞDU,  1 nəfər...   - FOTO
25 fevral 2023 04:14 (UTC +04:00)

Mikroavtobusla maşın TOQQUŞDU, 1 nəfər... - FOTO

0

Abşeron rayonu ərazisində 4 avtomobil qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, hadisə DYP-nin Ekologiya postunun qarşısında qeydə alınıb.

Belə ki, “KIA” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirərək avtomobilini eyni istiqamətdə olan “Nissan” markalı maşına çırpıb. Zərbənin gücündən “Nissan” yolun əks istiqamətinə çevrilib.

Həmin yoldan gələn “Mercedes” markalı minik maşının sürücüsü sükana nəzarəti itirərək maşınını “Nissan”a çırpıb. Daha sonra digər “Mercedes Vito” markalı mikroavtobus eyni markalı minik maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusun sərnişini xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2032

Oxşar yazılar