MİDA mənzillərini qanunsuz satan 12 nəfər saxlanıldı
03 dekabr 2025 15:01 (UTC +04:00)

MİDA mənzillərini qanunsuz satan 12 nəfər saxlanıldı

0

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. 

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar