Bakıda gənc qız qazdan boğulub.
Lent.az xəbər verir ki, hadisə səhər saat 7 radələrində Nəsimi rayonu, Dağıstan küçəsində qeydə alınıb.
18 yaşlı Leyli Yusif qızı Məmmədova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.