Qusarda FACİƏ:  yük maşını 87 yaşlı kişini əzib öldürdü
03 dekabr 2025 10:37 (UTC +04:00)

Qusarda FACİƏ: yük maşını 87 yaşlı kişini əzib öldürdü

0

Qusarda 87 yaşlı kişi yük avtomobilinin altında qalaraq ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Urva kəndində qeydə alınıb.

Kənd sakini 54 yaşlı Gəray Tariquliyev özünə məxsus yük avtomobili ilə 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldırmış. Bu zaman yaşlı kişi yıxılıb və geriyə hərəkətdə olan yük avtomobili onun üzərindən keçib. Nəticədə Məhərrəm Şeydayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar