Uzun boylu insanlarda bu xəstəliklər   daha çoxdur
03 dekabr 2025 09:37 (UTC +04:00)

Uzun boylu insanlarda bu xəstəliklər daha çoxdur

0

Amerikalı alimlər nəticəyə gəliblər ki, hündürboylu olmaq təkcə genetik xüsusiyyətlərlə bağlı deyil, həm də bir sıra xəstəliklərin artmış riski ilə əlaqəli ola bilər. ABŞ-da 280 mindən çox yetkin sakinin iştirak etdiyi genişmiqyaslı araşdırmaya əsasən, hündürboylu insanlar daha tez-tez ürək-damar problemləri, o cümlədən hipertenziya, qanda lipidlərin yüksəlməsi və işemik ürək xəstəliyi ilə üzləşirlər. Aparılan analiz göstərib ki, boy yüzdən çox klinik parametrə təsir göstərə bilir. Tədqiqatda iştirak edənlərin orta boyu təxminən 176 santimetr olub, lakin orta göstəricidən xeyli hündür olan şəxslərdə müxtəlif xəstəliklərə meyillilik daha qabarıq şəkildə müşahidə edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, hündürboylu insanlarda qulaqcıqların fibrillyasiyası və varikoz daha çox qeydə alınır.

Bu iki faktor birbaşa olaraq ürək-damar sisteminə əlavə yük yaradır. Səbəblərdən biri budur ki, damarların uzunluğu artdıqca qan daha uzun məsafə qət etməli olur, bu isə qravitasiyanın təsirini gücləndirir və venoz axının zəifləməsinə şərait yaradır.

Bundan əlavə, tədqiqatçılar yüksək boyla dəri infeksiyaları, sümük toxuması infeksiyaları və periferik sinirlərin zədələnməsi riski arasında əlaqə aşkar ediblər. Bu hallar qan dövranının pisləşməsi və ya dayaq-hərəkət aparatına düşən artmış yük ilə bağlı ola bilər.

Həkimlər bildirirlər ki, yüksək boy özü xəstəlik deyil, lakin daha diqqətli sağlamlıq nəzarəti tələb edir. Orta boydan hündür olan insanlara aşağıdakılar tövsiyə olunur:

Ürək-damar sisteminin mütəmadi müayinəsindən keçmək, qan dövranını yaxşılaşdırmaq üçün normal fiziki aktivliyi qorumaq, uzun müddət eyni vəziyyətdə qalmaqdan, xüsusilə oturaq vəziyyətdən çəkinmək,bədən çəkisinə nəzarət etmək, çünki artıq çəki ayaq damarlarına düşən yükü artırır. Varikozun profilaktikasına diqqət yetirmək lazım gəldikdə kompression corab geyinmək, fiziki yükdən sonra ayaqları qaldırmaq, isti vannalar və saunadan sui-istifadə etməmək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar