Naxçıvanda insanları dövlət qurumlarına  işə düzəldən dələduz tutuldu
03 dekabr 2025 09:24 (UTC +04:00)

Naxçıvanda insanları dövlət qurumlarına işə düzəldən dələduz tutuldu

0

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıblar.

Muxtar Respublikanın DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla İ.Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İ.Əliyevin analoji əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar