Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Bakı Kommersiya Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, tərəflər adı çəkilən agentlik və “Meyvəli” bazarıdır. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq.
İddia lizinq müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, “Meyvəli” bazarı KTN yanında Aqrar Kredit və İnkişaf Agentliyindən lizinqə avadanlıqlar götürüb. Bununla da agentliyə 250 min manat borcu yaranıb. Ancaq uzun müddət keçməsinə baxmayaraq, hələ də borcu ödəməyib. Buna görə də, Agentlik “Meyvəli” bazarını Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Həmin məhkəmədə sözügedən bazarın 151 min manat agentliyə ödəməsi qərarı verilib.