"Meydan TV"nin əməkdaşları MƏHKƏMƏDƏ:  hamısı həbs edildi - YENİLƏNİB
08 dekabr 2024 15:41 (UTC +04:00)

"Meydan TV"nin əməkdaşları MƏHKƏMƏDƏ: hamısı həbs edildi - YENİLƏNİB

"Meydan TV"nin əməkdaşı Xəyalə Ağayeva barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, Xətai rayon məhkəməsinin qərarı ilə Xəyalə Ağayeva barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

***

14:40

 

"Meydan TV"nin işi ilə bağlı Ramin Cəbrayılzadə (Deko) və Ülvi Tahirov barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, Xətai rayon məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Deko) və Ülvi Tahirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Saat 14:05

"Meydan TV"nin əməkdaşları Natiq Cavadlı və Aynur Qəmbərova (Elgünəş) barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, Xətai rayon məhkəməsinin qərarı ilə Natiq Cavadlı və Aynur Elgünəş barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Saat 13:39

Xətai rayon məhkəməsində "Meydan TV"nin əməkdaşları barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır. 

Lent.az xəbər verir ki, artıq Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Hazırda digərləri barəsində təqdimatlara baxılır.

Qeyd edək ki, "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıblar. 

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7147

Oxşar yazılar

Bakıda "07" divara çırpıldı,  sürücü öldü

Bakıda "07" divara çırpıldı, sürücü öldü

4 iyun 2025 , 11:10
Xəzərdə ƏMƏLİYYAT:  qayıqla narkotik gətirən iranlılar tutuldu

Xəzərdə ƏMƏLİYYAT: qayıqla narkotik gətirən iranlılar tutuldu

4 iyun 2025 , 10:50
Azərbaycanlı deputatın mandatı əlindən alındı

Azərbaycanlı deputatın mandatı əlindən alındı

4 iyun 2025 , 10:42
Əməkdar jurnalist VƏFAT ETDİ

Əməkdar jurnalist VƏFAT ETDİ

4 iyun 2025 , 10:37
Bakıda balıqların kütləvi   ölümü - VİDEO

Bakıda balıqların kütləvi ölümü - VİDEO

4 iyun 2025 , 10:28
Bakıda QANLI HADİSƏ:  iki qardaş bıçaqlandı

Bakıda QANLI HADİSƏ: iki qardaş bıçaqlandı

4 iyun 2025 , 09:53
Sabirabadda DƏHŞƏT:  bir ailənin 4 üzvü yanaraq öldü -YENİLƏNİB

Sabirabadda DƏHŞƏT: bir ailənin 4 üzvü yanaraq öldü -YENİLƏNİB

4 iyun 2025 , 09:20
Gəncədə gənc qız xəstəxanada öldü

Gəncədə gənc qız xəstəxanada öldü

4 iyun 2025 , 07:42